Xocavənd rayonunda müharibə veteranları və şəhid ailələri Şəhidlər Xiyabanında rayonun 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Emin Əvəz oğlu Mirzəyevin Anım mərasimində iştirak ediblər.
Tədbirdə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədovun, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənovun rəhbərliyi ilə müharibə veteranları, şəhid ailələri və şəhidin yaxınları iştirak ediblər.


Bu barədə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov məlumat verib.
Şəhidin məzarı ziyarət olunub, gül qoyularaq ruhuna dualar oxunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Xocavənd


