Azərbaycan Milli Qəhrəmanı Yuri Kovalyovun Anım günü keçirildi

Azərbaycan Milli Qəhrəmanı Yuri Kovalyovun Anım günü keçirildi.

Şəhidlər xiyabanında Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Mixail Zabelin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi e.o. polkovnik Elmar Hüseynov, şəhid Dmitri Solntsevin bacısı Yuliya, Mifodi kilsəsindən Mixail Arxanqel Ata, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri, Şəhidin ailə üzvləri Şəhidlər Xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər, din xadimləri ruhuna dualar oxuyublar. Ailə üzvləri ilə görüşərək daina onların yanında olduqlarını bildiriblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynov məlumat verib.

Yuriy Kovalyov 1990-cı ildən DİN tərkibində ilk Xüsusi Təyinatlı Milis Dəstəsində xidmət edib.1991-ci il oktyabrın 3-də Xocavənddə qəhrəmancasına şəhid olub. 1992-ci ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. Azərbaycan-Rusiya əməkdaşlıq təşkilatının sədri İrek Xaydaroviç, Azərbaycan-Russiya Gənclər Assosiyasının sədri Sergey Danilov, Şəhidin qardaşı Vitaliy Kovalyov qonaqlara öz minnətdarlığını bildirdi.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: