Xəzər rayonu Qala qəsəbəsində müharibə veteranları və şəhid ailələri 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Yaqub Eldəniz oğlu Yaqubzadənin Anım mərasimi keçirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Laçın rayon şöbəsinin sədr müavini Firudin Ağayev məlumat verdi.
Firudin Ağayev bildirdi ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi Müşfiq Əliyev, AVMVİB Xəzər şöbəsinin sədri Rasət Tağıyev və AVMVİB Laçın rayon şöbəsinin üzvləri Etibar Əliyev, Qəhrəman Qasımov, Şahin İsgəndərli iştirak edirdilər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev çıxış edərək şəhid ailəsinin üzvlərinə başsağlığı verdi. Müharibə veteranlarının daim şəhid ailələrinin yanında olduğunu və şəhidlərimizi unutmadıqlarını dedi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Laçın rayon şöbəsinin sədr müavini Firudin Ağayev qeyd etdi ki, çox yaralar sağaldacaq, cox azzular çin dacaq, lakin xalqmız onun azadlığı uğrunda, arazi bitövlüyü və dövlətçiliyinin qorunub saxlanması uğrunda öz canlarını qurban verən qəhrəman oğul və qızların heç vaxt unudulmayacaq. Onların əziz xatirələri daim böyük hörmət və məhəbbətlə yad ediləcəkdir.


Vətənimizin müdafiəsi hər birimiz üçün ən ülvi, ən uca, ən müqəddəs vəzifədir. Şəhidlərimiz bu müqəddəs vəzifəni yerinə yetirərək şəhid oldular. Belə ogulların sayəsində Azərbaycan bu bəladan qurtarıldı, onlar Vətənimizin yüksəlişini təmin etdilər. Vətənin azadlığı, torpaqların bütövlüyü naminə öz canından keçib şəhidliyə qovuşmuş oğulların adları hamımız üçün əziz və doğmadır. Bu gün müstəqil Azərbaycan dövləti yaşayır, mübarizə aparır və inkişaf edirsə, bunun üçün biz hamımız səhidlərimizə minnətdar olmalıyıq. Bu gün Qala qəsəbəsində Anım günü keçirilən şəhidimiz Yaqubzada Yaqub Eldəniz oğlu da belə oğullardandır.
Şəhid Yaqub Yaqubzadənin məzarı ziyarət olundu, güllər qoyuldu və ruhuna dualar edildi.


AVMVİB-nin təsis etdiyi Xatirə medalı şəhidin valideynlərinə təqdim edildi.
44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş, əslən Laçın rayonundan olan şəhid Yaqub Eldəniz oğlu Yaqubzadə «Vətən uğrunda», Kəlbəcərin azad olunmasına görə» və «Hərbi xidmətlərə görə» medalları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim

