Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsi şəhid ailəsinə baş çəkib

Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin üzvləri 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Xəyal Xudaverdi oğlu Namazovun məzarını ziyarət etmiş və ailəsinə baş çəkmişlər.

Bu barədə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov məlumat verib.

H. Gülməmmədov bildirib ki, şəhidin məzarı ziyarət edilərək gül qoyulmuş və ruhuna dualar oxunmuşdur. Şəhid Xəyal Namazovun ailəsinə baş çəkərək başsağlığı verilib. Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan qəhrəmanlarımızı Şəhid Ailələrinə «Qayğı» Cəmiyyəti heç zaman unutmur. Bu gün də şəhidimizi və onun ailəsini yad edirik. Bu hər birimizin ümdə vəzifəsi olmalıdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bu qəhrəmanlar sayəsində 30 illik işğala 44 gündə son qoydu, düşməni əzəli torpaqlarımızdan qovdu və işğala son qoyuldu.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Xocavənd

Bu xəbəri paylaşın: