Bərdədə şəhidlərimiz anıldı

Bərdə rayonunda müharibə veteranları və şəhid ailələri 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş şəhidlərimizin 2-ci Anım mərasimləri keçirilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmov məlumat verib.

İsmayıl Rüstəmov bildirib ki, şəhidlərin məzarları və onların adlarını əbədiləşdirmək üçün tikilən abidələr ziyarət edilərək gül qoyulmuş və ruhlarına dualar oxunmuşdur. Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan qəhrəmanlarımızı unutmamalıyıq. Bu hər birimizin ümdə vəzifəsidir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yazdığı tarixi isə unutmaq olmaz!

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Bərdə

Bu xəbəri paylaşın: