Dumanın 408 üzvü ilhaqa 413 səs verib…

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın dörd vilayətinin rəsmi ilhaqı haqqında qanunu imzalayıb.

Ukraynanın şərqindəki Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi haqqında qanun rəsmi olaraq sənədlərdə öz əksini tapıb.

Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının dünənki qərarı ilə həmin ərazilərin işğalını öz aləmlərində rəsmiləşdirib. Səsvermədəki nəticələr dünya gündəmində gülüş hədəfinə çevrilib. Rusiya Dumasının 41 üzvünün iştirak etmədiyi səsverməyə cəmi 408 deputat qatılıb. Amma səsvermədə nəticələrin göstəricisi zaldakıların sayından çox olub. Beləliklə Donetskin işğalına 413 deputat (+5), Luqanskın işğalına 412 deputat (+4), Xersonun işğalına 411 deputat (+3) və Zaporojyenin işğalına isə 409 deputat (+1) səs verib. Faktı görən Dumanın sədri deputatları diqqətli olmağa çağırıb…

Bu xəbəri paylaşın: