Savaşlar zamanı tərəflərin hərbi itkiləri ilə bağlı məlumatları yalnız əyani şəkildə təsdiqlənmiş məlumatlara əsasən toplayan “Oryx” analitik layihəsi sentyabrın 12-13-də Azərbaycan və Ermənistan sərhədində baş vermiş toqquşmalar zamanı əyani şəkildə sənədləşdirilmiş itirilmiş texnikanın yekunlarını açıqlayıb.
Oryx-in məlumatına görə, Ermənistan 29 texnika və avadanlıq itirib, onlardan 27-si məhv edilib, 2-si ələ keçirilib:
4 haubitsa topu, S-300 hava hücumundan müdafiə sistemləri üçün 4 atəş qurğusu,
S-300 hava hücumundan müdafiə sistemləri üçün 3 radar,
16 nəqliyyat vasitəsi,
2 kəşfiyyat PUA-nı itirib.
Azərbaycanda vizual olaraq təsdiqlənmiş texnika və avadanlıq itkiləri yoxdur.

Bu xəbəri paylaşın:
