TƏBRİK: MAYOR YADİGAR HÜSEYNOV — 64

İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan  biridə  30 ildən cox şərəfli hərbi xidmət yolu kecmiş Silahlı Qüvvələrin və müharibə veteranı istefada olan mayor Hüseynov Yadigar  Əliheydər oğludur. Şentyabr ayının 7 -də onun 64 yaşı tamam olur.

Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan  Silahlı Qüvvələr və Müharibə Veteranı istefada  olan Mayor Hüseynov Yadigar Əliheydər oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi  səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və uzun ömur arzulayir.

Yadigarın yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Suraxanı rayon şöbəsinin üzvü, istefada olan mayor Hüseynov Yadigar Əliheydər oğlu 1958-ci ildə  sentyabr ayının 7-də  Azərbaycan Respublikasının  Ucar rayonun Lək kəndində zəhmətkeş ailədə anadan olub.

1973 -cü ildə  Ucar rayon Lək kənd orta məktəbi, 1982-ci ildə Bakı Poltexnik texnikomunu,  1983 — ci ildə  gizrlər məktəbini, 1991- ci ildə isə gizirlərin ixtisas artırma kursunu bitrib.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili İşlər Nazirliyi  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki təlim toplanışlarda, xüsusi taktiki təlimlərdə, Komando- qərargah məşqilərində, seminar və  konfranslarda iştirak edib.

1977- 1979-cu illərdə  Sovet Ordusunda müddətli  həqiqi hərbi xidmətə olub. 1980- 1991- ci illərdə   SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bakı şəhərində yerləşən konvoy- mühafizə   alayında  və əməliyyat birqadasında  nəzarətci, bölüyün baş cavuşu və tagım komandiri vəzifəsində işləyib.

1992 — 2008-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ağdam Ağdərə, Füzuli, Xətai  və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində və hərbi hospitalında  taqım komandiri, mənzil — istismar xidmət rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə  xidmət edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda  (Goronboy ,Ağdam , Ağdərə  və   Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlib.

O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yarlanıb, 2- ci qurup müharibə əlilidir. SSRİ- nin və Azərbaycan Respublikasının  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Qazaxstan, Özbəkistan, Gürcüstan,  Litva  respublikalarında, Bakı və Sumqayıt şəhərlərində  Cəzaçəkmə müəssisələrində, şəhərdə və yaşayış məntəqələrində cəzaçəkmə müəssisələrində  baş vermiş ixtşaşların qarşlsının alınmasında, Cinayətkarlığa qarşı mübarizədə, Fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində,  baş vermiş təbi fəlakətlərin nəticələrinin aradan qaldırılmasında  iştirak edib .

Xidməti vəzifələrin icrası zamanı  xüsusi fəriqləndiyinə görə SSRI və Azərbaycan Respublikasının  Daxili İşlər Nazirliyi  Daxili Qoşunların Komandanı və onun müavinlərinin, Diviziya və hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə, » əla xidmətlərə görə» döş və yubiley nisanları  ilə təltif edilib,  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb,ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:

 -Silahlı Qüvvələrin  yaranmasının » ( 1991 -2001) 10 illiyi medalı ilə;

 -«Silahlı Qüvvələrin yaranmasının »  ( 1918- 2008) 90 illiyi medalı ilə;

-«Qüsursuz xidmətə görə  » 1 dərəcəli medal ilə;

-“Qüsursuz xidmətə görə » 3 dərəcəli medal ilə.

-» SSRİ Silahlı Qüvvələrin yaranmasının » 70 -illiyi yubiley medalı ilə;

-» Qüsursuz xidmətə görə » 2 dərəcəli medal ilə;

-«Silahlı Qüvvələr Veteranı »  medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.  YADİGAR BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə  müavini polkovnik Salman  Musayev

Bu xəbəri paylaşın: