Ukraynada Obuxov məhkəməsi Misir Qasımlını azadlığa buraxmadı

Bu gün Ukraynanın Obuxov məhkəməsində azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı, Misir Qasımlı və Sübhan Quliyevin məhkəməsi keçirilib.

Bu barədə Misir Qasımlının vəkili Şaiq Mirzəyev məlumat verib.

O bildirib ki, məhkəmə yenə də qanunsuzluq edərək, şikayəti təmin etmədi: «Bundan əvvəl apellyasiya instansiyası Misir Qasımlı barədə həbs qətimkan tədbirini qanunsuz hesab etmişdi. Ancaq Obuxov məhkəməsi bu qərarı tanımaqdan imtina etdi. Onların azadlığa buraxılması ilə bağlı şikayət təmin edilmədi».

Xatırladaq ki, azərbaycanlılar Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, 1 ildən çoxdur ki, sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar. Hazırda onların məhkəmə iclası davam edir.

Bu xəbəri paylaşın: