“Bir-birinin ərazi bütövlüyünün tanınması yanaşması Ermənistan və Qarabağın maraqlarına uyğun deyil”.
Bu sərsəmləməni separatçı ermənilərin “Yaşayan Yurd” partiyası yayıb. Partiya Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri, Fransa Prezidenti və Aİ Prezidentinin birgə bəyanatı ilə bağlı mövqeyini açıqlayıb.
“Ermənistanın Baş naziri, Azərbaycan Prezidenti, Fransa Prezidenti və Aİ Prezidentinin birgə bəyanatı, ona əsasən Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il tarixli sazişə sadiqliklərini təsdiqləyirlər. Hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı Alma-Ata Bəyannaməsi Ermənistan və Qarabağın maraqlarından irəli gəlmir.
Bu bəyanat Ermənistan hakimiyyətinin aşkar siyasətinin əməli addımıdır.
Ermənistan Qarabağın subyektivliyinin tanınmasına töhfə verərək, Qarabağ məsələsinin benefisiarı kimi olmasa da, Qarabağ ətrafında yaradılmış problemlərin həllinin təminatçısı kimi onun maraqlarını təmsil etməyə borcludur.
Qarabağ Azərbaycanın bir hissəsi olmayıb və olmayacaq. Qarabağın öz müqəddəratını təyinetmə hüququnun tanınması, təhlükəsizliyinin möhkəmləndirilməsi və inkişafı erməni xalqının ən mühüm məqsədlərindən biri olmaqda davam edir.
Heç bir sənəd Ermənistan və Qarabağın maraqlarını təmin etməyəcək və bizim maraqlarımızın yeganə təminatı güclü təhlükəsizlik və inkişaf sisteminin mövcudluğudur”, – deyə partiya gülünc bəyanat yayıb.
Xuraman Etibarlı
Mənbə: KONKRET.az