Peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 16 (on altı) ildən çoxunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müxtəlif vəzifələrdə keçirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Gəncə şəhər şöbəsinin üzvü 2-ci Qrup mühariibə əlili ehtiyatda olan mayor Muradov Rizvan Şaban oğlunun 8 sentyabrda 56 yaşı tamam olur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi müharibə veteranı ehtiyatda olan mayor Muradov Rizvan Şaban oğlunu doğum günü münasibətilə semimi qəlbdən təbrik edir,ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı ,ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Yaşının üstə gələn bu yaş, Rizvan Şaban oğlu Muradova sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun şəkildə keçsin .
Ehtiyatda olan mayor Muradov Rizvan Şaban oğlu 08sentyabr 1966- cı ildə Şəmkir rayonun Qapanlı kəndində anadan olub.

O,1973 -cü ildə Şəmkir rayonunun Qapanlı kənd orta məktəbəinin birinci sinifə getmiş, 1983-cü ildə həmin məktəbi bitirmişdir.
Müharibə Veteranı ehtiyyatda olan mayor Rizvan Şaban oğlu Muradov 1984-cü ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının LKGİ-nın 60 iliyi adına Sankt-Peterburq şəhərində yerləşən Ali Hərbi Siyası məktəbə daxil olub, 1988-ci ildə isə həmin ali hərbi məktəbi bitirib.
Rizvan Şaban oğlu Muradov 1984-cü ilin iyul ayından 1992-ci ilin yanvar ayının 10-na kimi SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Solkamski şəhərində yerləşən hərbi hissədə böluk komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində xidmət etmişdir.
Müharibə Veteranı ehtiyyatda olan mayor Rizvan Muradov 2000-ci ildə Xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra Təhsil Nazirliyinin Gəncə şəhərində yerləşən Kənd təsərrüfatı Akademiyasında müəllim işləmişdir.
O,19 yanvar 1992-ci ildən-2000-ci ilin yanvar ayina kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Gəncə şəhərində, Ağdam, Füzuli və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində böluk komandiri, hərbi hissənin kəşfiyyat xidmətinin rəisi, tabor komandiri, hərbi hissənin qəargah rəisinin birinci müavini vəzifələrində olmuşdur. hərbı hissə komandirinin müavini-qəragah rəisi vəzifəsini icra etmişdir.
Müharibə Veteranı ehtiyatda olan mayor Rizvan Muradov 2000-ci ildə Xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra Təhsil Nazirliyinin Gəncə şəhərində yerləşən Kənd təsərrüfatı Akademiyasında müəllim işləmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə,Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə iştirak etmiş, 22 dekabr 1993-cü ildə Füzuli rayonunun Böyük- Bəhmənli kəndlinin azad olunması üzrə gedən döyüşlərdə ağır yaralanmışdır.
O,Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlıqla mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində hərbi hissəyə həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Mayor Muradov Rizvan Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində, yüksək göstərilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə O, Daxili İşlər Nazirinin müvafiq əmri ilə. həvəsləndirmə qaydasında vaxtından əvvəl mayor hərbi rütbəsi verilib .
Xidməti və icyimai vəzifələri yerinə yetirərkən mayor Muradov Rizvan Şaban oğlu aşağıdakı medallarla təltif olunub.
- SSRİ Silahlı Qüvvələrinin yaranmasının 70 illiyi yubiley medalı ilə
- Qüsursuz xidmətlərə görə 3-cü dərəcəli medalla;
- Qüsursuz xidmətlərə görə 2-ci dərəcəli medalla;
- Böyük Zəfər medalı ilə
- Müharibə Veteran medalı ilə
- AVMVİB yaranmasının 25 illiyi ( 1994-2019) yubiley medalı ilə
- Silahlı qüvvələrinin Yaranmasının 100 illiyi ( 1918-2018) yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RİZVAN BƏY!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ…UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLIN SONUNDA GERIYƏ BAXDIGINDA ÜMİD EDİRƏM BİR «MÖCÜZƏ İLDİR » DEYƏRSƏN…BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquq məsələləri üzrə müavini polkovnik Salman Musayev

