AVMVİB Zəngilan rayon şöbəsi şəhidimizi anıb

Zəngilanlı veteranlar şəhid Fərid Məhərrəmovun Anım günü ilə bağlı şəhid məzarları ziyarət olunub.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri Azad Musayev məlumat verib.

Azad Musayev deyib: «Şəhid Fərid Məhərrəmovun Anım mərasimi öncəsi Şəhidlər Xiyabanında şəhidlərimizi ziyarət etdik. Ziyarətdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri, din xadimi Hacı Həsən, AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri, məktəblilər və şəhid ailələri iştirak edirdi.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: