AVMVİB sədri Göygöl rayon veteranları ilə görüşüb

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev AVMVİB Göygöl rayon şöbəsində olub. Şöbənin fəaliyyəti və qarşıya çıxan problemlərlə maraqlanıb. Şöbə üzvü olan veteranları dinləyib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verilib.

Həbib Hüseynov bildirdi ki, görüş iştirakçıları müharibə iştirakçılarına münasibət, 44 günlük Vətən müharibəsində müharibə veteranlarının birgə fəaliyyəti barədə danışıblar. Yekunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri F. Rzaquliyev tərəfindən verilən tapşırıqlar və iradlar yerinə yetiriləcək.

Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhər şöbəsinin sədri Bəyanat Qasımov da iştirak edib.

Ümumiyyətlə AVMVİB Göygöl rayon şöbəsinin fəaliyyəti qənaətbəxş hesab edilib.

E. Səlim

Bu xəbəri paylaşın: