Xankəndidə etirazçılar Arayiki tələb edirlər, Arayik isə separatçı dəstəsiı ilə İrəvana gedir

Xankəndidə kortəbii mitinq başlayıb.

Bu barədə erməni mediasına etirazçı Marat Stepanyan bildirib. O deyib ki, vətəndaşların tələbi dəyişməyib, onlar “prezident” Arayik Arutyunyandan Praqada qəbul edilən bəyanat və Azərbaycan Prezidenti İlham Əliyevin şərhləri ilə bağlı dəqiq mövqe bildirməyi tələb edirlər.

Onun sözlərinə görə, bir neçə yüz vətəndaş toplaşıb, çoxlu sayda polis də hadisə yerində olub.

Stepanyan deyib ki, Arutyunyanın Ermənistana təcili səfərindən xəbəri var, lakin ona heç bir ümid bağlamır.

“Biz bilirik ki, bu, sadəcə, saxtakarlıqdır. Bu görüşdən sonra çətin ki, nəsə dəyişsin, yenə boş bəyanat veriləcək”, – deyə o əlavə edib.

Arayik Arutyunyan isə təcili başçılıq etdiyi separatçı dəstəsi ilə İrəvana gedir.

Qarabağ separatçısı Lusine Avanesyanın verdiyi məlumata görə Arayik Arutyunyanın başçılıq etdiyi “işçi heyəti” Ermənistanın hakimiyyət orqanları ilə Qarabağ ətrafında vəziyyəti müzakirə etmək üçün İrəvana gedəcək. Separatçılar Nikol Paşinyanla haqq-hesab çəkməyə gedəcəkləri deyilir.

Bu xəbəri paylaşın: