Sabunçu rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 84 tam orta məktəbdə torpaqlarımız uğurunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Etibar Xansuvar oğlu Məmişovun doğum günü qeyd edildi.
Sabunçu rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 84 tam orta məktəbində qeyd edilən şəhidin ad günündə, məktəbin direktoru şəhidin bacısı Həqiqət Məmişova, təhsil müəssiəsinin müəlimləri və şagirdləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sabunçu rayon şöbəsinim sədri Ramiz Musayev, Şəhid Ailələrinə «Qayğı» cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov, Əlillərə «Qayğı» cəmiyyətinin Sabunçu rayon şöbəsinin sədri Vidadi Şabanov, qazilər və veteranlar iştirak ediblər.


Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Şəhid Etbar Məmişovun bacısı 84 nömrəli tam orta məktəbin direktoru Həqiqət Məmişova şəhid qardaşı haqqında xatirələrini bölüşüb.
Qeyd edib ki, belə tədbirləri keçirməkdə məqsədimiz şəhidimizin xatirəsini əbədiləşdirmək, gənc nəslə örnək olmaq və hər birimizə təsəlli verməkdir.
Şəhidin bacısı Həqiqət Məmişova çıxışında şəhid ailələrinə diqqət və qayğısına görə Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildirib. Həmçinin tədbirdə iştirak edən və əziyyəti keçən hər kəsə minnətdarlıq edib.


Qardaşının məzarı və heç bir yadigarı olmadığını bildirən şəhidin bacısı adına məktəb olmasını istədiklərini bildirib və bu onlara təsəlli olacağını qeyd edib.
Tədbirdə çıxış edən AVMVİB Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev bildirdi ki, illər ötsə belə, şəhidlərimiz daim bizim qəlbimizdə yaşayacaqlar. Şəhidləri unutmağa haqqımızın olmadığını bildirdi.
Şəhidin doğum günündə öz ürək sözlərini bölüşən Şəhid Ailələrinə «Qayğı «cəmiyyətinin Xocavənd şöbəsinin sədri Hamlet Gülməmmədov qeyd etdi ki, vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizi hörmət və ehtiramla anılır. Azərbaycan var olduqca anılacağını dedi. Şəhidlərimizin ruhu qarşısında baş ədyini, qazilərimizə tanrıdan şəfa dilədiyini bildirdi.


Tədbirdə çıxış edən Əlillərə «Qayğı» cəmiyyətinin Sabunçu rayon şöbəsinin sədri Vidadi Şabanov Vətən yolunda şəhidliyin əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi olduğunu bildirdi. Xalqımız hər zaman şəhidlərə borclu olduğunu qeyd etdi.
Şəhidin doğum gününü təbrik edən 84 nömrəli tam orta məktəbin direktor müavini Bəxtiyar Zamanov və təhsil ocağının müəllimi Nüşabə Quliyeva şəhid haqqında öz xatirələrini bölüşüblər.
Sonda şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim
