İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də yüksək peşəkarlığı, humanistliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, vətənpəvərliyi təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 26 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirən Silahlı Qüvvələr və Müharibə Veteranı istefada olan kapitan Hacyev Hacıəli Ədhəm oğludur. Oktyabr ayının 11-də onun doğum günüdür.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ çıxan istefada olan kapitan Hacyev Hacıəli Ədhəm oğlunu doğum günü münasibətilə
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və uzun ömur arzulayir.
Hacıəli Hacıyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Müharibə Veteranı istefada olan kapitan Hacyev Hacıəli Ədhəm oğlu 1949 -cu ilin oktyabr ayının 11- də Azərbaycan Respublikasının Qusar rayonunda zəhmətkeş ailədə anadan olub.


1966-cı ildə Azərbaycan Respublikasının Qusar rayon orta məktəbini, 1970-ci Bakı Xalq Təsərrüfatı texnikomunu, 1970-ci ildə SSRİ Sovet Ordusunun Gürcüstan Respublikasınında yerləşən hərbi hissəsində kiçik komandirlər hazırlayan cavuş məktəbini, 1977 -ci ildə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların gizirlər hazırlayan məktəbini, 1992-ci ildə isə Bakı Birləşmiş Ali Hərbi Məktəbdə Zabitlərin ilkin hazırlığı kursunu bitrib. O, Daxili Qoşunlarda və Milli Qvardiyada xidmət etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1970- 1972-ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətədə (manqa komandiri və taqım komandirinin müavinini vəzifəsində) olub.
1972 -1976-cı illərdə Sovet Partiya Orqanların mühafizə idarəsində müxtəlif vəzifələrdə işləyib. 1976 — 1992 ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Konvoy- Mühafizə (əlahiddə taborunda) hərbi hissəində təminat taqım komandiri, 1992 — 1998 ci İllərdə Milli Qvardiyada və Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət rəisi, tərbiyə şöbəsində isə zabit vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.

Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın, Hərbi və Daxili Qoşunların və Milli Qvardiyanın Döyüş Xidməti Nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Xidmətdə fəriqləndiyinə görə Daxili İşlər Nazirinin, Xüsusi Dövlət Mühafizə xidmət rəisinin, Daxili Qoşunlar və Milli Qvardiya Komandanlarının, Diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif olunub:
— SSRİ Silahlı Qüvvələrin yaranmasının 60 illiyi yubiley medalı ilə;
-» SSRİ Silahlı Qüvvələrin yaranmasının » 70 -illiyi yubiley medalı ilə;
-» Qüsursuz xidmətə görə » 2 dərəcəli medal ilə;
-«Qüsursuz xidmətə görə » 1 dərəcəli medal ilə;
-Qüsursuz xidmətə görə » 3 dərəcəli medal ilə.
-«Silahlı Qüvvələr Veteranı » medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN HACIƏLİ.
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquq məslələri üzrə müavini polkovnik Salman Musayev

