Daha bir azərbaycanlı Ukraynada şəhid olub.
Bu barədə Ukrayna mətbuatı məlumat verib.
A. Natiqoğlu bildirib ki, Məmmədov Ruslan Hüseyn oğlu İzyum şəhərində minaya düşüb:
“O, 1984-cu ildə Ağdamda doğulub, 1992-ci ildən məcburi köçkün həyatı yaşayıb. Anası ukraynalı olan Ruslanın ailəsi illərdir Xarkovda yaşayır. Ruslan bu gün uğrunda can verdiyi Ukrayna torpağına tapşırılıb”.
Ruslan Hüseyn oğlu Məmmədov Ukraynanın Milli Qəhrəmanıdır.
Allah rəhmət eləsin!
Bu xəbəri paylaşın:
