«Türkiyədə yaradılması təklif olunan qaz qovşağı qazın qiymətinin müəyyənləşdirilməsi platformasına çevrilə bilər ki, bu da bu məsələnin siyasiləşdirilməsini istisna edir».
Bunu Rusiya Prezidenti Valdimir Putin bu barədə Astanada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş zamanı danışıb.
«Birgə yarada biləcəyimiz bu mərkəzin fəaliyyət göstərdiyi müddətdə, təbii ki, bu, təkcə tədarük üçün deyil, həm də qiyməti müəyyən etmək üçün platforma olardı, çünki bu, çox vacib məsələdir — qiymət məsələsidir”, — Putin bildirib.
Putinin sözlərinə görə, bugünkü qiymətlər çox bahadır:
«Biz onları heç bir siyasi çalarlar olmadan sadə bazar səviyyəsində asanlıqla təşkil edə bilərik»
Rusiya Federasiyasının prezidenti bildirib ki, oktyabrın 12-də Moskvada keçirilən “Rusiya enerji həftəsi” forumunda Türkiyənin energetika naziri, “Botaş” və “Qazprom” şirkətlərinin rəhbərliyi ilə məsləhətləşmələr aparılıb.
“Mən bunu açıq şəkildə söylədim: Türkiyəyə maraq və digər ölkələrdə potensial alıcılar olarsa, başqa bir qaz kəməri sistemi qurmağı və Türkiyədə digər ölkələrə, ilk növbədə üçüncü ölkələrə satmaq üçün qaz qovşağının yaradılmasını nəzərdən keçirə bilərik. Təbii ki, avropalılara, əgər onlar bunda maraqlıdırlarsa”, — Rusiya lideri xatırladıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Türkiyə prezidenti Putinin respublikada qaz qovşağı yaratmaq təklifini çox müsbət qiymətləndirib.
“Mövzu çox müsbət qarşılandı. Birgə işlənəcək”, — Peskov Ərdoğanın bu təklifə necə cavab verməsi ilə bağlı suala cavab verib.
Xatırladaq ki, Vladimir Putin “Rusiya Enerji Həftəsi” forumunda qaz mərkəzinin yaradılması ideyası ilə çıxış etmişdi. O qeyd edib ki, “Şimal axını” vasitəsilə Baltik dənizinin dibi ilə itirilmiş qaz tranziti Qara dəniz regionuna ötürülə bilər və bununla da Türkiyədə Avropanın ən böyük qaz qovşağı yaradıla bilər.
Mənbə: Publika.az
