Balakənli müharibə veteranları şəhidlərimizi andılar

Balakən rayonunda müharibə veteranları şəhid Nurlan Qaracayevin, Xüsusi Təyinatlı Qosunlarda xidmət etmiş, şəhid bas leytenant Harun Alqayevin və şəhid Elməddin Şindiyevin Anım mərasimlərində iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev məlumat verib.

Aydın Abdullayev bildirdi ki, Balakən rayonun qəhrəman oğulları 44 günlük Vətən müharibəsində öz sözlərini dedilər. Biz şəhidlərimizi unutmamalı və onların əziz xatirələrini daim yad etməliyik.

Tədbirdə müharibə veteranları ilə yanaşı, ictimaiyyət nümayəndələri və şəhidlərin yaxınları da iştirak ediblər.

Şəhid məzarlarına gül qoyulub və ruhlarına dualar oxunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: