Yasamal rayonunda müharibə veteranları şəhidlərin Anım mərasimlərində iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov məlumat verib.


Salman Hüseynov bildirib ki, rayonun 44 günlük Vətən müharibəsində canlarından keçmiş qəhrəman şəhidlərimizi unutmamalı və unutdurmamalıyıq.
Tədbirdə müharibə veteranları ilə yanaşı, ictimaiyyət nümayəndələri və şəhidlərin yaxınları da iştirak ediblər.
Şəhid məzarlarına gül qoyulub və ruhlarına dualar oxunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim

Bu xəbəri paylaşın:
