ŞƏRƏFLİ ZABİT ÖMRÜ: FİKRƏT MƏMMƏDOV — 64

Daimi həyatın bütün imkanlardan alnıacıq və üzüağ cıxan Müharibə Veteranı,  1 qurup əlil istefada olan kapitan Fikrət Məmmədovu  doğum günü münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və  Fədai.az kollektivi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Fikrətn yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə  onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

 İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biridə yüksək peşəkarlığı, humanistliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə secilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Qəbələ rayon şöbəsinin sədrinin ictimai əlaqələr  üzrə müavini,  1 ci qrup əlil istefada olan kapitan Məmmədov Fikrət  Əmir oğludur. Oktyabr ayinin 14 -də onun 64 yaşı tamam olur.

Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında  , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcədə   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir. 1993 — 1998  ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların  Binəqədi və Nərimanov rayonlarında  böluk və tabor komandirinin tərbiyəvi işlər üzrə müavini,   Daxili Qoşunların Baş İdarəsinin Tərbiyə  ( Mənəvi  və pisxoloji hazırlığı ) şöbəsində  baş zabit vəzifələrində Vətənə Dövlətə və Xalqa  sədaqətlə xidmət edib.

Fikrət Əmir oğlu  Məmmədov   Qəbələ rayonun Vəndam kənd orta məktəbini 1981 ci ildə isə   Bakı ( indiki Azərbaycan)  Dövlət Universitetinin   tarix fakültəsini bitirib. 1981 — 1992 -ci ilərdə   Qəbələ rayonunda müəlim, rayon komsomol və partiya təşkilatının  katibi  işləyib.

1999- 2015 -ci illərdə    Azərbaycan Respublikası  Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin dövlət sosial müdafiə fondunun  Qəbələ rayon şöbəsində müvafiq vəzifədə işləyib.O,   2022  — ci ilin avqust ayından Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Qəbələ Rayon şöbə sədrinin ictimai əlaqələr üzrə müavinidir.

Hərbi yoldaşları onu  vətənpərvər, qoruxmaz, saxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost — tanış , qohum — əqraba  arasında özünə böyük hörmət qazanıb.

Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın,  Hərbi və Daxili Qoşunların Döyüş Xidməti Nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.

 Xidməti və ictimai vəzifələrin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə, Daxili İşlər Nazirin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin  və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müvafiq əmrləri ilə bir sıra medalarla,  əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub,  fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN FİKRƏT BƏY!

 HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: