AVMVİB Şirvan şəhər şöbəsində

Şirvan şəhəri veteranları Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsi şəhidləri leytenant Bəxtiyar İslamov, Emil Hümbətovun şəhadətə yüksəlməsinin ikinci ildönümü, şəhid Əli Mənəfli və Röyal Məmmədovun isə doğum günü ilə əlaqədar onların məzarları ziyarət edilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şirvan şəhər şöbəsinin sədri Zaur Vahidov məlumat verib.

Tədbirdə şəhidlərin valideynləri, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Zaur Vahidov və şəhər şöbəsinin üzvləri, şəhər sakinləri iştirak ediblər.

Şəhid məzarlarına gül qoyulub və şəhidlərin məzarları üstündə dualar ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov

Bu xəbəri paylaşın: