Veteranlar Qəbələ şəhərində “Qarabağın döyünün ürəyi Şuşa” adlı sərgidə iştirak ediblər

12 oktyabr 2022-ci il tarixində Qəbələ Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Mədəniyyət mərkəzinin foyesində “Qarabağın döyünən ürəyi Şuşa” adlı uşaq, yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi təşkil etmişdir.

Şuşaya həsr edilmiş maraqlı əsərləri müharibə veteranlarını maraqla izləmişlər. Nümayiş olunan əsərlər öz orjinallğı və yeni çalarları, yaradıcılıq üslublarıyla diqqəti cəlb edirdi. Yetişməkdə olan gənc nəslin və uşaqların Qarabağa, Şuşaya və Vətənin müdafiəsinə bağlı olmalarını elə bu rəsmlərdən izləmək olar. Onların bu rəsm əsərləri qürurverici mövzulara müraciət etmələri diqqəti cəlb edir.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan I və II Qarabağ müharibəsi döyüşlərində mərdliklə döyüşmüş Qəbələ rayonundan olan veteranları və Azərbaycan Respublikası Qeyri-Hökümət Taşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi də sərgidə nümayiş olunan rəsmlərlə tanış olmuş və gənc rəssamlara uğurlar arzulamışlar.

Bu xəbəri paylaşın: