Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan AVMVIB üzvü , 2 qrup müharibə əlili Lələyev Akif Həsən oğlunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Tərtər rayon şöbəsinin sədri ehtiyatda olan mayor Cingiz İsayev səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.
İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür,belə insanlardan biri işgüzarlığı, yüksək intellektual səviyyəsi və idarəçilik qabiliyyəti ilə secilən 2 qrup müharibə əlili Lələyev Akif Həsən oğludur. Onun oktyabr ayının 14 də onun 56 yaşı tamam olur.
1988 — 1991ci İllərdə SSRİ Müdafiə Nazirliyinin Jitomir, Krasnodar və Gəncə şəhərlərində yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandiri, tabor komandirinin müavini,zastava rəisi, kəşfiyat rəisivəzifələrində olub. 1992- 1995 — ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı idarəsində baş zabit vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib
Müharibə veteranı Lələyev Akif Həsən oğlu 1966 — cı ilin oktyabr ayının 14 -də Azərbaycan Respublikasının Tərtər rayonunun Şəhləbad kəndində zəhmətkeş ailədə anadan olub.
1983 — ci ildə Tərtər rayonunun Şəhləbad kənd orta məktəbi, 1988 — ci ildə SSRI Müdafiə Nazirliyinin Ordjonikidze şəhərində yerləşən Ümumqoşun Ali komandirlər məktəbini bitirib.1983-cü ildə Tərtər rayonunun Səhlabad kənd orta məktəbini, 1988 — ci ildə SSRİ Müdafiə Nazirliyinin Ordjonikidze şəhərində yerləşən Ümümqoşun ali hərbi Komandirlrər məktəbini bitrib.
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş Xidməti Nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Lələyev Akif Həsən oğlu ailə vəziyyəti ilə bağlı Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra Azərbaycan Ordusunun və Tərtər Könülər batalyonunun tərkibində Müvafiq vəzifələrdə çalışaraq ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.
O,Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Qazax, Goronboy, Laçın, Tərtər, Ağdərə, Ağdan və Füzuli rayonları istiqamətlərində gedən döyüşlərdə gedən döyüşlərdə fəaı iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyət və şərəf hissi ilə yerınə yetirmişdir. Qazax, Lacın, Tərtər, və Ağdərə rayonlarının Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 4 dəfə yarlanıb. 2 qurup Müharibə əlillidir.
Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi yoldaşları onu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Xıdmətl vəzifə borclarının yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə SSRI və Azərbaycan Respublikalarının Müdafiə və Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, korpus, diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə bir sıra medalarla, «əla xidmətlərə görə » döş və yubiley nişanları ilə təltif olunub, fəxri fərmanlarla, qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AKIF BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

