Beyləqan şəhidlərini unutmur!

Beyləqan rayonunda şəhid Emin Fazil oğlu Məmmədovun doğum günü və şəhid Barat Nizami oğlu Quliyevin isə Anım mərasimləri keçirilib.

Şəhid Emin Fazil oğlu Məmmədov Füzuli, Qubadlı və Şuşa uğrunda qəhrəmanlıq göstərib. 6 noyabrda Şuşa uörunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra «İgidliyə görə», «Füzulinin azad olunmasına görə», «Qubadlının azad olunmasına görə», «Vətən uğrunda» və «Şuşanın azad olunmasına görə» medallarıyla təltif olunub.

Ad günü şəhidin məzarı başında qeyd olunub. İctimaiyyət nümayəndələri, məktəblilər və müharibə veteranları şəhid məzarına gül qoyub dualar etmişlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyev adından şəhidin yaxınlarına başsağlığı vermiş və Fəxri fərmanla Xatirə medalını təqdim etmişlər.

*******

Eyni gündə şəhid Barat Nizami oğlu Quliyevin Anım günü Beyləqanda qeyd edilib.

Barat Quliyev Zirehli Hərbi maşının sürücü-mexanniki kimi bir sıra məntəqələrin azad edilməsində yaxından iştirak edib. «İgidliyə görə», «Füzulinin azad olunmasına görə», «Vətən uğrunda» medallarıyla təltif olunub.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyev adından şəhidin yaxınlarına başsağlığı veriblər.

Şəhidin məzarı ziyarət olunaraq gül qoyulub və ruhuna dualar oxunub.

Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: