Erməni mətbuatı yazır: HİKMƏT HACIYEVDƏN KƏSKİN CAVAB

Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurası katibinin dünənki müsahibəsinə cavab verərkən deyib: — “Qarabağ erməniləri ilə beynəlxalq təmas mexanizminin yaradılmasından söhbət gedə bilməz”.

H. Hacıyev əlavə edərək bildirib: «Həm Brüsseldə, həm də Vaşinqtonda Azərbaycan nümayəndələri xüsusi olaraq vurğuladılar ki, rəsmi Bakı Azərbaycanın suveren hüquqlarını başqaları ilə heç vaxt müzakirə etməyəcək. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq həll olunacaq”.

( https://armday.am/post/228946 )

İSMAYIL TANRIVERDİ

Bu xəbəri paylaşın: