Fransalı deputat Makronun Azərbaycanla bağlı çıxışını PİSLƏDİ

“Fransa prezidenti Emmanuel Makronun Azərbaycanla bağlı səsləndirdiyi fikirlər əsassızdır”.

Bu barədə Fransa parlamentinin deputatı Jerom Lambert deyib.

“Makron tamamilə əsassız və Azərbaycan üçün absurd ifadələr işlədib. Bu, onun siyasi nitqinin təsviridir. O, çox yöndəmsiz şəkildə hamını eyni anda razı salmağa çalışır. Makron bununla Ermənistana dostluq vəd etmək istəyir, amma bu addım yanlışdır”, — fransalı deputat vurğulayıb.

O qeyd edib ki, Makronun siyasi çıxışları iki ölkə arasında əlaqələrə xələl gətirir:

“Bütün bunların hamısı Vladimir Putinin (Rusiya prezidenti –red) indiki siyasətini qarışdırmaq üçündür. Mənim fikrimcə, Makron yaxşı müşahidəçi və ya uzaqgörən siyasətçi deyil. Makrondan əvvəl biz hər iki tərəflə faydalı əlaqələr qurmuşduq. Amma onun dost Azərbaycana qarşı münasibəti təəssüf doğurur. Erməni diasporunun güclü təzyiqlərinə məruz qalan Fransaya xas olmayan işlər görülür”.

Mənbə: Redaktor.az

Bu xəbəri paylaşın: