AVMVİB Cəbrayıl rayon şöbəsi şəhidlərimizi andılar

Cəbrayıl rayonunda müharibə veteranları Vətən müharibəsi şəhidləri Ruhin Qəhrəmanov və şəhid Nicat Əlizadənin Anım tədbirini şəhidlərin məzarları ziyarət ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Cəbrayıl rayon şöbəsinin sədri Rasim Paşayev məlumat verib.

Rasim Paşayev bildirib ki, rayonumuzdan olan şəhidlərimizi unutmuruq. Onlar öz canlarını milli ləyaqətimiz və Vətənimizin düşmən əsarətindən xilas ediblər. Hər birimiz bunu öz borumuz bilməliyik.

Şəhid məzarlarına gül qoyulub və ruhlarına dualar oxuyublar.

Allah onlara rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir

Bu xəbəri paylaşın: