Qazilərimiz minnətdarlıq edirlər

Füzuli rayon xəstəxanasının baş həkimi Elçin həkimə, kardioloq Natiqə həkimə, tibb bacısı Mina xanıma, Qazi Cahid Allahverdiyevin yenidən həyata qaytardıqlarına görə bütün müharibə adamları adından təşəkkür edirik.

Nə yaxşı ki, belə vətənsevər həkimlərimiz çoxdur, vətəndaşının qədrini bilən, gözəl qəlbli həkimlərimiz, çox sağ olun.

Məhz belə həkimlərimizin sayəsində qazimiz Cahid Allahverdiyev sıralarımıza qayıtdı. Qazimizə can sağlığı və bir daha qayğıkeş həkimlərimizə isə döyüşçülər adından sonsuz təşəkkürləriizi çatdırmaq istəyirəm.

Elmar Hüseynov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Nəsimi rayon şöbəsinin sədri, e.o. polkovnik

Bu xəbəri paylaşın: