TƏBRİK: Qayıbov Rafael Bayram oğlu — 24

Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan AVMVIB üzvü, Qayıbov Rafael Bayram oğlunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sumqayıt şəhər şöbəsinin Rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.

İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür, belə insanlardan biri işgüzarlığı, yüksək intellektual səviyyəsi və idarəçilik qabiliyyəti ilə secilən gənc qazimiz Qayıbov Rafael Bayram oğludur. Onun oktyabr ayının 15- də onun 24 yaşı tamam olur.

Qayıbov Rafael Bayram oğlu 15 oktyabr 1998-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 10 saylı tam orta məktəbin və Bakı Avrasiya universitetinin məzunudur.

2019-cu ilin iyul ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Quru Qoşunlarında xidmətə başlayıb.

27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsinə, Əməliyyat imkanları konsepsiyası (Həmlə) taborununun tərkibində, Snayper vəzifəsində qatılıb.

27 sentyabrdan 2 oktyabra qədər, cəbhənin Murov-Kəlbəcər istiqamətində, Gamışdağ sektorunda gedən döyüşlərdə iştirak edib.

2 oktyabrdan 15 oktyabra qədər isə cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib.

Bu tarixlərdə komandirlik etdiyi bölməylə bərabər Füzulinin Aşağı Əbdürrəhmanlı, Kənd Horadiz, Dördçinar və Kürdlər kəndlərinin alınmasında döyüş əməliyyatlarını yerinə yetirib.

15 oktyabr 2020-ci ildə öz 22-ci yaş günündə, Füzuli rayonun Kürdlər kəndi yaxınlığında, İlandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə sol ayağının baldır sümüyündən 7×62mm pulemyot Kalaşnikov (PKM) gülləsi ilə yaralanıb.

1 illik müalicədən sonra yenidən xidməti yerinə qayıdıb, cəbhənin Füzuli istiqamətində Qacar, Divanalılar, və Yuxarı Veysəlli kəndlərində müdafiə və mühafizənin təşkilinə, həmçinin yeni mövqelərimizin qurulub möhkəmlənməsində təlimatçı kimi fəaliyyət göstərib.

2022-ci ilin iyul ayında rəsmi olaraq ordu sıralarından ehtiyata buraxılıb.

Göstərdiyi döyüş xidmətləri «Cəsur döyüşçü», «Füzulinin azad olunmasına görə», «Kəlbəcərin azad olunmasına görə» və «Hərbi xidmətlərə görə» medalları ilə təltif olunub.

Hal hazırda AVMVİB-nin Sumqayıt şəhər şöbəsinin fəal üzvlərindəndir və gənc veteranlarımızın cəmiyyətə adaptasiya olunmasında xüsusi əməyi var.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RAFAİL BƏY!

Bütün gözəlliklər sənin olsun və bu gözəlliklər içində 100 yaşa!

Zəkəriyya Rəhimov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Sumqayıt şəhər şöbəsi sədrinin müavini

Bu xəbəri paylaşın: