
FÜZULİ RZAQULİYEV
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri
Azərbaycan Prezidenti İlham Əliyev Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışı zamanı bu sözlərlə Makronun layiq olduğu cavabı səsləndirdi: “Bəyan edildi ki, Fransa heç vaxt Ermənistanı atmayacaq. Ancaq, necə deyərlər, bu, ikitərəfli münasibətlər məsələsidir. Həmçinin Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”.
Bunca açıq və bütün konturları görünən, bir siyasi strateqin sözlərini oxuyub reallığı dərk etmirsə, deməli fransız xalqı bir yarımçıq erməninin əlində girinc qalıb. Bu adam bir ovuc, cəmi 23 minlik gəlmə erməni ünsürlərinin ayağının tozuna Fransanı və onun dövlət strategiyasını separatçı-terrorçu ermənilərə qurban verib bəyanatlar verir. Fransa xalqı Makronu Ermənistanamı prezident seçib? Yəqin ki, gözlənməkdə olan payız etirazları bu sualın cavabını Makrondan soruşacaqlar.
Fransa Qafqaza 800 nəfərlik muzdlu-terrorçu legion göndərən ilk terror dəstəkçisi olan bir dövlətdir. Bu dövlətin Xocalı soyqırımında, Qaradağlı, Meşəli və digər qətliamlarda öz payı var və bu ölkənin tarixi belə iyrənc və başaşağılıq gətirən hadisələrlə doludur. İlk legionu da onlar göndərdilər. Qarabağa göndərilən terrorçuların ilk legionunu Fransanın o dövrkü prezidenti Daniel Mitteranın xanımı Daniella Mitteran şəxsən yola salmış və bütün xərclərini də Daniella Mitteran ödəmişdir. Bu fakt yetərlidir ki, Fransanın bir dövlət kimi terrora dəstək verdiyi ortaya çıxsın. Bu 1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış təşkil etmişdi. Nəticədə 8 nəfər həlak olmuş, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. 1985-ci ildə o Fransa polisi tərəfindən yenidən həbs olunmuş və teror aktının təşkilində günahkar bilinərərk 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılmış, o, 1989-cu ildə azadlığa buraxılaraq, Fransadan Yəmən adıyla deportasiya edilmiş, Fransanın əliylə 1990-cı ildə Melkonyan Ermənistana gəlmiş və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə göndərilmişdi. Burada törədilən qətliamların təşkilatçısı olmuşdu. Bütün bunları fransalılar bilməlidir. 30 il boyunca bizim yüzlərlə şəhər və kəndimizi xarabazara çevirən, Cenevrə Konvensiyasına zidd bir şəkildə zorla qovulmuş əhalinin evlərini talayan ermənilərlə bir sırada da Fransa vardı. Fransa kimi iyrənc və riyakar siyasətlə uğraşan bir ölkə ATƏT Minsk Qrupu pərdəsi arxasında sizin saytın dediyi kimi, bu «3 bacı dolması» problemə Kazimirovun uydurduğu «hərbi həll yoxdur» deyərək bu cinayətə rəvac veriblər. Bu gün bizi utanmadan və erməni həyasızlığı ilə Rusiya ilə əlaqədə günahlandırmağa çalışdığını görürük. Bu ermənilərin öz rus ağalarına qarşı etdikləri etirazn davamıdır.
Xatırlayırsınızsa, 44 günlük Vətən müharibəsinin ilk günlərində ermənidən betər ermənilik edən və heç bir siyasət əxlaqına sığmayan son «şparkalka» ilə Paşinyana suflyorluq etməsi ermənilikdən başqa bir şey deyil və Emmanuel Makron öz dövlətinin imicini elə bu cür yerə soxmaqla məşğuldur. Fransa tərəfi şəhərləri işğal edilmiş Azərbaycan şəhərləri ilə dostluq əlaqələrinə etiraz edən Azərbaycana «Fransa dövləti Azərbaycanın sözüylə siyasət yürütmür» deyən bir ölkənin rəhbəri adekvat cavabını anlmayacaq qədər həyasızlaşması bu adamın südünün pozuqluğu ilə bağlıdır. Biz — müharibə veteranları öz Komandanımızın əmrində olan döyüşçülər kimi bəyan edirik: «Azərbaycan dövləti Fransanın sözüylə siyasət yürütmür». Bunu biryolluq o kar qulaqlarına sırqa elə.
Ermənidən çox erməniliklə məşğul olan bu şəxsə erməni deməyim təsadüfi deyil. Emmanuel Jan-Mişel Frederik Makron 21 dekabr 1977-ci ildə Amiens şəhərində (Fransa) həkim ailəsində anadan olub. Gələcək prezidentin rəsmi olaraq sənəddə atası Pikardiya Universitetinin nevrologiya professoru Jan-Mişel Makron, anası isə həkim Fransua Makron-Noqes adlanan cütlük olduğu bildirilir.

Həmin bioqrafik materialı yayınlayan sayt daha sonra yazır: «Siyasətçinin milliyyəti şübhə doğurmur, o, fransızdır. Amma bəzi mənbələrə görə, onun damarlarında qismən yəhudi qanı axdığı deyilir. Bunu Makronun yəhudilərə dəstək verməyə yönəlmiş siyasəti də təsdiqlədiyini düşünürlər. Amma həqiqətə gəlincə isə Fransada yəhidilərə və onlara məxsus qəbirlərə hücumların çoxalması elə bu Makronun dövründə baş verdiyini isə unutmaq olmaz. Özü güya təhqirə məruz qalmış məzarlıqları gəzərək özünü, güya canıyanan kimi göstərməyə çalışırdı. Bu, əsil erməni xisləti və həyasızlığından qeyri bir şey deyil. Həmin sayt davam edərək Makronun dilindən yazır ki, ana tərəfdən babam erməni idi, adı Frederik Masonyan idi. Yəni onun yəhudilərdən qisas alması aşikar ortadadır (Mənbə: https://biographe.ru/politiki/emmanuel-makron).
Üstəlik, Fransanın son dövr tarixi, bəşəri cinayətlərlə doludur. 1960-cı ilə aid bir faktı xatırladıram. Kəsilmiş başlar, diri-diri basdırmalarla, hannibalizm, kütləvi qırğınlarla dolu olan fransızlar atom bombası partlayışından sonra nüvə radiasiyasının insan orqanizminə təsirini öyrənmək üçün 150 əlcəzairli məhbusu nüvə poliqonunda dirəklərə bağladılar. «Mütərəqqi» fransızlar nüvə fizikasını belə inkişaf etdirdilər. Əlcəzairdəki Azadlıq Müharibəsi Muzeyi bu fotoşəkili və qeyri-insanilik haqqında məlumatları hələ də özündə qoruyub saxlayır.

Ali Baş Komandanımız İlham Əliyev bildirib ki, Fransanın xarici işlər naziri də Azərbaycanın əleyhinə yalan bəyanatlar verib: “Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Baxmayaraq ki, hətta Ermənistan özü onu tanımayıb. Bizə məlumdur ki, noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Beləliklə, təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, – mənim isə Prezident Şirakla da, Prezident Sarkozi ilə də, Prezident Ollandla da kifayət qədər sıx ünsiyyət qurmaq imkanım var idi və münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban idi və Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini, balanslaşdırılmış qəbul edirdik, – mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi. Buna görə də istərdim ki, həmkarlarımı bu vəziyyət barədə məlumatlandırım”.
Sonda, xüsusiylə ölkəmizin diasporası və ictimai işlərlə məşğul olan birlikləri Fransaya qarşı «düşmənin düşmənə qarşı mübarizəsini» təşkil edərək informasiya müharibəsində öz sözümüzü deməli və Komandanımızın əlini gücləndirməliyik!
Müzəffər Ali Baş Komandanımıza eşq olsun!
