Beyləqan rayonunda şəhidin Anım mərasimi keçirilib

Beyləqan rayonunda Xüsusi Təyinatlı şəhidimiz Hafiz Saleh oğlu Həsənovun Anım (şəhadətinin ikinci ili) mərasimi keçirilib.

Qəhrəman şəhid Hafiz Həsənovun döyüş xidmətləri «Füzulinin azad olunmasına görə», «Vətən uğrunda» və «İgidliyə görə» medalları ilə təltif olunub.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyev adından şəhidin yaxınlarına başsağlığı vermişlər.

Daim şəhid valideynlərinin yanında olduqlarını bildirdilər. Şəhidlərin heç zaman unudulmayacağını bildirdilər.

Şəhid Hafiz Saleh oğlu Həsənovun ruhuna dualar oxundu.

Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: