Fransa səfirliyi qarşısında piket: Erməni vandalizminə diqqət çəkildi 

Bakıda Fransa səfirliyinin qarşısında 40-a yaxın qadın və uşağın iştirakı ilə piket keçirilib.

 
Aksiyada Ermənistanın Gəncəyə raketlər atması nəticəsində həlak olmuş uşaqları simvolizə edən qanlı kəfənə bürünmüş kuklalar nümayiş edilib. 


“İştirakçılar əllərində həlak olmuş uşaqların adları və şəkillərini, eləcə də hücuma məruz qalan şəhərlərin adlarını əks etdirən plakatları tutublar.


Həmçinin piketdə Azərbaycan xalqı adından Fransa Senatına və xalqına ünvanlanmış petisiyanı dəstəkləyən transparantlar da yer alıb”.


Qeyd edək ki, səfirlik nümayəndələri vətəndaşlarımıza özlərinə məxsus etinasızlıqla yanaşıb.

Bu xəbəri paylaşın: