Beyləqan rayonu Xalac kəndində şəhidimiz Orxan Bəxtiyar oğlu Quliyevin Anım mərasimi keçirilib.
Qəhrəman şəhid Orxan Bəxtiyar oğlu Quliyevin döyüş xidmətləri «Cəbrayılın azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə», «Vətən uğrunda» və «Cəsur döyüşçü» medalları ilə təltif olunub.


Mərasimdə Beyləqan rayon İcra Hakimiyyəti Başçısının müavini Telman Məstanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranları ilə yanaşı, ictimaiyyət nümayəndələri və şəhidlərin yaxınları da iştirak ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyev adından şəhidin yaxınlarına başsağlığı vermiş və şəhidin atasına Fəxri fərman təqdim etmişlər.


Daim şəhid valideynlərinin yanında olduqlarını qeyd ediblər. Şəhidlərin heç zaman unudulmayacağını bildirdilər.
Şəhidin məzarı üzərinə güllər qoyulub və ruhuna dualar oxunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Beyləqan
