Balakən rayonunda müharibə veteranları şəhid Kamran Məmmədovun xatirəsinə həsr olunmuş Şəhid Bulağı kompleksinin açılışında iştirak iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev məlumat verib.

Qəhrəman şəhidin xatirə Bulağının açılş mərasimində Balakən rayon İcra Hakimiyyəti əməkdaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin üzvləri ilə yanaşı, ictimaiyyət nümayəndələri və şəhidlərin yaxınları da iştirak ediblər.
Müharibə veteranları daim şəhid valideynlərinin yanında olduqlarını və əhidlərin heç zaman unudulmayacaqlarını bildirdilər.
Mərasimdə güllər qoyulub və şəhidin ruhuna dualar oxunub.
Allah rəhmət eləsin!
Elnur Səlim
