Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında öz dəst -xətt olan işgüzarlığı, yüksək intellektual səviyyəsi, dərin zəkası, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə secilən Daxili Qoşunların Qəbələ rayonunda yerləşən hərbi hissədə Alayın qərargah rəisinin xidmət üzrə baş köməkçisi, Daxili Qoşunların Baş İdarəsin Döyüş Hazırlığı İdarəsində, Məxfi hissəsində, Qoşun xidmətində, İnspeksiyasınd müxtəlif vəzifələrdə Vətənə, Dövlətə və Xalqa xidmət etmiş ehtiyatda olan Mayor Heydərov Vuqar Yusuf oğlunun oktyabr ayının 18 də 46 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan ehtiyatda olan mayor Heydərov Vuqar Yusuf oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi səmimi qəlbdən təbrik edir ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib— tükənməyən naliyyətlər arzulayır. Vüqarın yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Hərbi yoldaşları onu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost — tanış, qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş Xidməti Nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin,ərazi bütövlüyünün qorunub saxlanılmasında,respublikada əmin amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizə də öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respublikasının Daxili işlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxr fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:
-» Qusursuz Xidmətə Görə» 3 -cü dərəcəli medala- Silahlı Qüvvələrdə 10 il Qusursuz Xidmətlərə görə
— » Silahlı Qüvvələrin yaranmasının » 95 ( 1918- 2013) illiyi yubiley medalı ilə;
— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 10təqvim ili xidmətə görə,
-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə;
«Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
— «Qüsursuz Xidmətə Görə 1 -ci dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VÜQAR BƏY!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev

