Ukraynada 2 günə 26 ədəd İranın “Şahid-136” kamikadze dronu məhv edilib

Ukraynanın Kiyev şəhərində partlayışlarla əlaqədar təhsil müəssisələri distant rejimə keçib.

Bu barədə paytaxt administrasiyasından bildirilib.

Kiyev vilayətində təhlükəsizlik səbəbi ilə distant təhsil müddəti azı oktyabrın 21-dək uzadılıb.

Oktyabrın 17-də səhər saat 03.30-dan səhər saat 06.50-dək hava hücumundan müdafiə qüvvələri və “Yuq” hava komandanlığının vasitələri tərəfindən altısı Odessa vilayəti, doqquzu Nikolaev vilayəti üzərində 15 dron vurulub.

Oktyabrın 16-dan 17-nə keçən gecə cənub istiqamətində ümumilikdə 26 ədəd İran istehsalı olan “Şahid-136” kamikadze dron məhv edilib.

Bazar günü axşamdan etibarən Rusiyanın Ukraynaya hücum etdiyi 37 kamikadze pilotsuz uçan aparat məhv edilib.

Yuri İqnat, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının spikeri, Ukrayna media mərkəzində keçirilən brifinqdə və milli telemarafonun efirində deyib: «43 (dron), hamısı cənubdan uçub, 37-si məhv edildi. Bütün qüvvələr və vasitələr, aviasiya, zenit-raket kompleksləri və digər müdafiə qüvvələri cəlb edildi. Ən azı 86% «Şəhid» dronu məhv edilib. Bu olduqca yaxşı nəticədir.

Rusiya müxtəlif tipli qanadlı raketlərlə şərq istiqamətində mühüm infrastruktur obyektlərinə də hücum edib. Üç raket Hərbi Hava Hücumundan Müdafiə Qüvvələrinin zenit-raket bölmələri tərəfindən məhv edilib.

Bu xəbəri paylaşın: