İranın tələsik açdığı Qafan konsulluğu gülüş hədəfinə çevrilib

Azərbaycanın tarixi torpağı Qafanda İran bu gün təntənəli şəkildə öz konsulluğunu açıb.

Erməni nəşri “Hraparak” “İranın niyə tələsir?” başlıqlı yazı dərc edib.

Qəzet yazır ki, bu gün Qərbi Zəngəzurda İranın Baş Konsulluğunun açılış mərasimi keçiriləcək.

“Bu gün Sünik (Zəngəzur) rayonunun Kapan (Qafan) icmasında İranın Baş Konsulluğunun açılışı olacaq.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian dünəndən Ermənistanda rəsmi səfərdədir. O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birlikdə konsulluğun təntənəli açılış mərasimində iştirak edəcək.

Maraqlıdır ki, konsulluq binasında abadlıq işləri hələ başa çatmayıb. Ehtimal ki, İran tərəfinin təşəbbüsü ilə təntənəli açılış mərasiminin keçirilməsi barədə qərar qəbul edilib.

Məsələ burasındadır ki, Sünikdəki mənbələrimizin bildirdiyinə görə, bu gün gözlənilən hadisədən regional hakimiyyət orqanlarının belə xəbəri olmayıb və əslində bu, kortəbii şəkildə baş verib.

Xatırladaq ki, İran hakimiyyəti hələ 2021-ci ilin dekabrında Abedin Varamini İran İslam Respublikasının baş konsulu təyin edərək Sünikdə baş konsulluq açmaq qərarına gəlib”, – deyə qəzet yazır.

Bu xəbəri paylaşın: