Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin üzvləri rayonda keçirilən şəhidlərin Anım mərasimlərində iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.

Şəhidlərimizin Vətənin müdafiəsində göstərdiyi qəhrəmanlıqlar unudulmayıb. Şəhidlərin məzarı ziyarət olunub və məzarları üzərinə güllər qoyulub. Şəhidlərin ruhlarına dualar oxunub.
Allah rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Biləsuvar

