Lənkəranda şəhidlərin Anım mərasimləri keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin üzvləri olan müharibə veteranları Lənkəran rayonu Gərmətük qəsəbəsində yaşamış şəhidimiz Şıxalızadə Emin və Səttərxan kücəsində yaşamış şəhid Baş leytenant Hüseynli Ehtiramın Anım mərasimlərində iştirak ediblər.

Bu barədə məlumat verən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsi sədrinin müavini Saleh Dostiyev bildirib ki, şəhidlərin məzarları ziyarət edilib, gül qoyularaq ruhlarına dualar oxunub.

Şəhid anası Banu anaya başsağlığı verib səbr diləyiblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: