Rusiyada daha bir hərbi təyyarə yaşayış evinin üzərinə düşdü

Rusiyanın İrkutsk vilayətində «Su-30» hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb.

Bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev «Telegram»da yazıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisədən sonra başlayan yanğının sahəsi 200 kv.m-ə çatıb. Olay yerində yanğınsöndürmə və xilasedicilər işləyir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində təyyarənin iki pilotu həlak olub. Əhali arasında itki yoxdur.

Mənbə: Qaynarinfo

Bu xəbəri paylaşın: