Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Rusiyanı çoxsaylı hərbi cinayətlərə görə BMT Təhlükəsizlik Şurasındakı daimi üzvlüyündən məhrum etməyə çağırıb.
Bu barədə “Avropa həqiqətləri” məlumat yayıb.
“Ukraynaya qarşı təcavüz cinayəti, çoxsaylı hərbi cinayətlər törədən, qlobal ərzaq və enerji təhlükəsizliyinə xələl gətirəndən sonra Rusiya hələ də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmalıdırmı? — nazir Twitter-də yazıb.
O, Rusiya Federasiyasının şübhəli hüquqi əsaslarla BMT Təhlükəsizlik Şurasında olduğunu da xatırladıb.
Xatırladaq ki, Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serqey Kislitsa BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın yeni hücumuna başlayandan dərhal sonra çıxışında Rusiya Federasiyasının hüquqi cəhətdən bura necə üzv olması məsələsini qaldırmışdı. Rusiya SSRİ əvəzinə BMT Təhlükəsizlik Şurasının üzvü olub.
