Ukraynada Hərbi zavodun rəhbəri həbs edildi

Ukraynanın Zaporojye şəhərində yerləşən “Motor Siç” hərbi zavodunun fəxri prezidenti Vyaçeslav Boquslayev həbs edilib.

Onu Ukraynanın xüsusi xidmət orqanları saxlayıb. Boquslayev vətənə xəyanətdə ittiham edilir.

Xatırladaq ki, “Motor Siç” Ukraynanın ən böyük hərbi müəssisələrindən olub təyyarə və helikopter mühərrikləri istehsal edir. Ötən ildən zavod Türkiyənin “Akıncı” PUA-ları üçün mühərrik tədarük edir.

Mənbə: APA

Bu xəbəri paylaşın: