Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rayon və şəhər şöbələri qarşıdan gələn Zəfər Günü ilə bağlı tədbirlərə start veriblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin qazi və veteranları Velədi kəndində yaşamış şəhdimiz Məmmədli Kərbalayı Elməddin Anar oğlunun İkinci ildönümündə iştirak edərək, məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev məlumat verib.
Qəhrəman şəhidimizin atası Anar Məmmədovla görüşüb Allahdan səbr diləyiblər.
Allah şəhidlərimizə rəhmət eləsin!