Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rayon və şəhər şöbələri qarşıdan gələn Zəfər Günü ilə bağlı tədbirlərə start veriblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin üzvü olan müharibə veteranları Binəqədi, Sabunçu və Xətai rayonlarında şəhidlərimizin Anım mərasimlərində iştirak ediblər. Şəhid məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.


Bu barədə məlumat verən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev bildirdi ki, veteranlar Zəfər gününə həsr olunmuş tədbirlərdə də iştirak ediblər. Azərbaycan Dövlət Tibb Universitetində təşkil olunmuş tədbirdə yaxından iştirak ediblər. Müharibə veteranları tədbirdə qazanılmış Zəfərlə xalqımızın yeni bir dövrə qədəm qoyması və Azərbaycan əsgərinin qəhrəmanlığı barədə çıxışlar edilib.
Sabunçuda keçirilən Anım mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev və rayon veteranları da iştirak ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin və qazilərimizə cansağlığı versin!
Elnur Səlim
