Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rayon və şəhər şöbələri qarşıdan gələn Zəfər Günü ilə bağlı tədbirlərə start veriblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Salyan rayon şöbəsinin qazi və veteranları şəhid Sübhan Cəbrayılovun Anım mərasimində iştirak ediblər.


Müharibə veteranları Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun adını daşıyan Salyan rayonu Peşə litseyinə toplaşıblar. Sübhan Cəbrayılov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına və “Vətən uğrunda” medalına layiq görülüb.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Salyan rayon şöbəsinin sədri Qəmbər Əliyev məlumat verib.
Çıxış edənlər qəhrəman şəhidin keçdiyi döyüş yolundan söz açdılar. Belə qəhrəmanların heç zaman unudulmayacağını qeyd etdilər.
Sübhan Cəbrayılovun özündən sonra iki övladı yadigar qalıb.
Allah rəhmət eləsin!
Elnur