Rusiya və onun şəriksiz lideri Putin məğlubiyyətə yaxınlaşdıqca öz müvazinətini itirərək öz gizli kartlarını açmağa başlayıb. Rusiya lideri qeyd edib ki, Ermənistan rəhbərliyi təklifə məhəl qoymayaraq öz yolu ilə gedib və bu, hazırda yaranmış vəziyyətə gətirib çıxarıb.
Bu sözlərin həmən ardından Paşinyan tvitterə cumub və paylaşımını rusca edərək yazıb: «Ermənistan Rusiyanın təklif etdiyi prinsiplər əsasında Azərbaycanla razılaşma əldə etmək üçün işləməyə razıdır.
Şərh bölümündə əlavə edib: “Sentyabrın əvvəlində Ermənistan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya da bu sazişi dəstəkləyəcək”.