“Rəqib tutduğu mövqelərdə möhkəmləndirmə işləri aparır, güclənir”.
Bunu Böyük Qaraqoyunlu kəndinin inzibati rəhbəri Vazgen Asatryan deyib.
Onun sözlərinə görə, möhkəmlənmə işləri kənddən görünmür.
“Möhkəmlənmə işləri kənddən görünmür, amma dağa çıxanda görürük ki, rəqib tutduğu mövqelərdə istehkamlar qurur”, — deyə Asatryan qeyd edib.
Erməni kənd başçısı bildirib ki, sentyabrın 13-də təxliyə edilən sakinlərin bəziləri hələ də kəndə qayıtmayıb.
“İnsanlar qeyri-müəyyənlik içindədirlər, hələ də nə edəcəklərini düşünürlər, atışma olduğu üçün hələ də dönüb-dönməyəcəklərini bilmirlər. Sizə yalandan deyim ki, insanların əhval-ruhiyyəsi yüksəkdir. Xeyr, belə deyil, bir gün yaxşıdır, bir gün pisdir, bu, günün hadisələrindən asılıdır”, — deyə Asatryan vurğulayıb.
Mənbə: Herbiand.az
