Azərbaycan Veten Müharibəsi Veteranları İctimai Birliyi Rəhbərliyi Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyatda olan mayor Əliyev Cingiz İsmət oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yolarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.
Çingiz Əliyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyatda olan mayor Əliyev Çingiz İsmət oğlu 29 oktyabr 1962 -ci ildə Qusar rayonunun Xuray kəndində anadan olub.


O, 1978 ci ildə Qusar rayonunun Xuray kəndində orta məktəbin 8 -ci sinifni, 1981-ci ildə Bakı şəhərində İdman Texnikomunu, 1998-ci ildə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən hərbi məktəbdə zabitlərin təhkimlləşdirmə kursunu, 1992-ci ildə isə Azərbaycan İdman Akademiyasını bitirib.
Cingiz İsmət oğlu Əliyev 1981-1982- ci ilərdə SSRI Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Türkmənistan respublikasında yerləşən hərbi hissələrdə müddətli həqqi hərbi xidmətdə olmuşdur.
Əliyev Cingiz İsmət oğlu 1983-1986-ci ilərdə Qusar rayonun Mirzəbəyli adına sovxozunda idman təlimatçısı vəzifəsində işləyib. 1986-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində Əlahiddə konvoy taborunda idman və fiziki hazırlığı üzrə təlimatcı, Muhafizə-konvoy alayında taqım komandiri, 1992- 2009-cu illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Xəzər, Hacıqabul və Nərimanov rayonlarında yerləşən hərbi hissələrində Döyüş hazırlığı bölmə rəisinin qoşun xidməti üzrə köməkçisi, Döyüş hazırlığı bölməsındə idman və fiziki hazırlıq rəisi, Qərargah rəisinin xidmət üzrə baş köməkçisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə növbətçi xidmətində və Əməliyyat şöbəsində Baş zabit vəzifələrində xidmət etmişdir
O, Azarbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edib. Müharibə və Silahlı Quvvələr Veteranıdır.
Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir
Silahlı Qüvvələr və Müharibə Veteranları ehtiyatda olan mayor Çingiz Əliyev Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin,təlimatların, əsasnamə və əmrlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox hərbi qulluqçulara şəxsi nümuunə olaraq Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Xidmətdə fəriqləndiyinə görə O, «Qüsursuz xidmətlərə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» 10 və 90 iliyi yubleyi və «Silahlı Qüvvələr Veteranı «medalı ilə təltif edilib .
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ÇİNGİZ BƏY!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ…UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLİN SONUNDA GERIYƏ BAXDIGINDA ÜMİD EDİRƏM BİR «MÖCÜZƏ İLDİ «DEYƏRSƏN…BÜTÜN ARZULARLNIN REALAŞMASI DİLƏYİMLƏ.. XOŞBƏXT İLLƏRƏ.
Dərin hörmətlə; Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyi sədrinin hüquq məsələləri üzrə müavini polkovnik Salman Musayev


