ŞƏRƏFLİ ZABİT ÖMRÜ: RAUF BƏYLƏR OĞLU ƏLİYEV — 51

Yüksək peşəkarlığı və humanistliyi ilə,işgüzarlığı və mənəvi keyfiyyəti ilə, nəzəri və praktiki biliyi ilə, sadəliyi və səmimiyyət ilə, dəqiqliyi və təmkinliyi ilə, təvəzökarlığı və təşkilatçılıq bacarığı ilə  seçilən ömürünün ən məhsuldar dövrünün  29 ildən çoxunu hərbi xidmətdə keçirən polkovnik- leytenant Əliyev Rauf Bəylər oğlunun 29 oktyabr 51 yaşı tamam olur.

      Bu gün münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi ehtiyatda olan polkovnik leytenant Əliyev Rauf Bəylər oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yolarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Əliyev Raufun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

     Silahlı Qüvvələr Veteranı ehtiyatda olan polkovnik- leytenant Rauf Əliyev  29 oktyabr 1971-ci ildə Göygöldə ziyalı ailəsində anadan olub.

     Rauf Bəylər oğlu Əliyev 1988 ci ildə  Naxçıvanski adına hərbi liseyi, 1992- ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Vladiqafqaz Ali hərbi komandirlər məktəbini, 1997-ci ildə MN-nin Qaraheybətdə yerləşən Zabitlərin təhkimilləşdirmə  (tabor komandiri) kursunu, 2000-ci ildə Bakı Dövlət Universitetinin hüqüq fakultəsini bitirib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir neçə dəfə Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankara, İstanbul, İzmir (Foca) şəhərlərində  hərbi akademik kurslarında olub.

   O,1992-1993-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Vladikafqazda yerləşən Ali hərbi məktəbdə taqım komandiri, 1994 -2014- cü illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin Binəqədi, Xəzər, Bərdə, Hacıqabul, Sabunçu rayonlarında, Gəncə və Lənkaran şəhərlərində yerləşən hərbi hissələrdə, Ali hərbi məktəbdə və Daxili Qoşunların Bas İdarəsində taqım komandiri, tədris  bölüyün  komandiri, hərbi hissənin döyüş hazırlığı bölməsinin rəisi, tabor komandiri, hərbi hissə komandirinin birinci müavini əvəzi, hərbi hissə komandirinin müavininin qərargah rəisi, DQBİ -nin  Qərargahında Əməliyyat şöbəsinin baş zabiti və hərbi hissə komandiri vəzifələrində xidmət edib.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

   Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuş, Vətənə, Dövlətə və Xalqa isə sədaqətlə xidmət etmişdir

   Raif Əliyev qorxmaz,insanpərvər, səxavətli,vətənpərvər əliaçıq, vəfalı zabitdir. O, istər işlədiyi, istər təhsil aldıgı orta və ali təhsil  müəssisələrində, istərsə də  xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost-tanış  qohum-əqraba arasında  özünə layiq hörmət qazanmışdır.

      O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində, Azərbaycan Respublikasının ərazisindən  dəmiryolu vastəsi ilə  hərbi yüklərin müşayiət edilməsində (daşınmasında) fövqaladə hallar zamanı hüqüqi rejim karantin tədbirlərinin həyata keçirilməsində hərbi hissəyə Daxili Qoşunların Baş idarəsinin Əməliyyat şöbəsinə və hərbi hissəyə həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə və şərəf hissi ilə yanaşmışdır.

     Silahlı Qüvvələr Veteranı ehtiyatda olan polkovnik leytenant Rauf Bəylər oğlu Əliyev Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsinin və hərbi hissələrinin zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla əsgər və cavuşlarla komandir, döyüş və ictimai sıyası hazırlığı üzrə məşğələlərin və məşqlərin, metodiki təlim toplanışlarının, xüsusi-taktiki təlimlərin, nümnəvi göstərici məşğələlərin, eləcədə hərbi hissələrdə və böluklərdə kompleks və məqsədli qurpların keyfiyətli   kecirilməsi istqamətində üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində,  yüksək  göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

     Rauf Bəylər oğlu Əliyev Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri «Qüsursuz xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının»  10-illik, 90-ilk, 95-ilk yubiley, «Silahlı Qüvvələr Veteranı » medalları ilə təltif edilib .

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RAUF BƏY!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ… UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLIN SONUNDA GERIYƏ BAXDIGINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ  İLDİ » DEYƏRSƏN… BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİMLƏ.. XOŞBƏXT İLLƏRƏ.

Dərin hörmətlə; Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyi sədrinin hüquq məsələləri üzrə müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: